Modern.az

Bakıda itkin düşən 20 yaşlı qız tapıldı - YENİLƏNİB

Bakıda itkin düşən 20 yaşlı qız tapıldı - YENİLƏNİB

Aktual

3 Dekabr 2018, 17:56

Bakıda itkin düşən 20 yaşlı qız tapılıb. Bu barədə itkin düşmüş qız Müjgan Məmmədovanın anası A.Rüstəmova bildirib.

 

O bildirib ki, qızı M.Məmmədova rəfiqəsigildə olub, lakin bu barədə evə məlumat verməyib. Hadisə ilə bağlı polisə məlumat veriləndən sonra, qızı tapılıb. 

 

***

Bakıda 20 yaşlı qız itkin düşüb.

 

Modern.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda baş verib.

 

Nərimanov rayonu, Ə.Əliyev küçəsi ev 8Ş, mənzil 296-da yaşayan Rüstəmova Aynur Nurəddin qızı polisə müraciət edərək bildirib ki, noyabrın 30-da səhər saatlarında idman zalında qeydiyyat şöbəsində işləyən qızı, 1998-ci il təvəllüdlü Məmmədova Müjgan Eldar qızı yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Moskvada gərginlik yaşanır! Ukraynadan kütləvi PUA hücumu