Modern.az

Tərtərdə ağır yol qəzası: 2 ölü, 1 yaralı var

Tərtərdə ağır yol qəzası: 2 ölü, 1 yaralı var

Aktual

23 Noyabr 2019, 13:59

Tərtər rayonu ərazisində ölümlə nəticələnən ağır yol qəzası baş verib.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, noyabrın 22-də saat 21 radələrində Tərtər rayonunun Azadqaraqoyunlu kəndi ərazisində Xocavənd rayon sakini Rac Zeynalov idarə etdiyi “VAZ-2101” markalı avtomobili yolun kənarındakı maneəyə vurub. 

 

Nəticədə sürücü və sərnişinlərindən Qaynaq kənd sakini Mahrux Məmmədova hadisə yerində ölüb, digər sərnişini xəstəxanaya yerləşdirilib.

 

Tərtər Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!