23 noyabr 2019-cu il tarixdə Goranboy rayonunda “Ağacəkmə kampaniyası”nın həyata keçirilməsi məqsədi ilə, ümumrayon iməciliyi aparılıb.
Goranboy RİH-dən Modern.az-a verilən məlumata görə, kampaniya çərçivəsində rayonun yolkənarı ərazilərində 10 min ədəd ağac əkilib. Həmçinin Goranboy şəhərinin mərkəzində və bütün yolkənarı ərazilərdə təmizlik-abadlıq işləri də aparılıb.
Ağacəkmə kampaniyasında rayon İcra Hakimiyyətinin başçısı yaxından iştirak edib və aparılan təmizlik-abadlıq işləri ilə yerində tanış olub.