Modern.az

Şəkidə gənc qız dərmandan zəhərləndi

Şəkidə gənc qız dərmandan zəhərləndi

Aktual

23 Noyabr 2019, 20:58

Şəkidə zəhərlənmə hadisəsi baş verib.

Modern.az  "Report"a istinadən  xəbər verir ki, rayonun Baş Şabalıd kənd sakini, 1996-cı il təvəllüdlü Dəyanət Məmməd qızı Məmmədsoy axşam saatlarında zəhərlənmə əlamətləri ilə Şəki rayon Mərkəzi Xəstəxanasına daxil olub. Xəstə müayinə olunduqdan sonra dərhal reanimasiya şöbəsinə köçürülüb.

Məlumata görə, 23 yaşlı D.Məmmədsoya hansısa dərman preparatı, yaxud iynə əks təsir edib. Nəticədə gənc qız zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!