Modern.az

Bakıda iki qardaş bıçaqlanıb

Bakıda iki qardaş bıçaqlanıb

Aktual

23 Noyabr 2019, 23:20

Bakıda iki qardaş bıçaqlanıb.

Modern.az  "Report"a istinadən  xəbər verir ki, hadisə Suraxanı rayonunda baş verib.

Əmircan qəsəbəsində 1987-ci il təvəllüdlü Əliyev Ramin Natiq oğlu və 1993-cü il təvəllüdlü Əliyev Rauf Natiq oğlu bıçaqlanıblar. Hər iki yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.Müayinə zamanı, Ramin Əliyevə kürək nahiyəsindən 1 ədəd kəsilmiş-deşilmiş yarası, Rauf Əliyevə isə sağ qolun 1 ədəd kəsilmiş-deşilmiş yarası diaqnozları qoyulub.

Yaralıların sözlərinə görə, onlara tanımadıqları şəxs bıçaq xəsarətləri yetirib.

Hadisənin təfərrüatı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!