Modern.az

BDU-nun zəhərlənmədən ölən tələbəsi belə dəfn olundu - VİDEO

BDU-nun zəhərlənmədən ölən tələbəsi belə dəfn olundu - VİDEO

Aktual

24 Noyabr 2019, 17:42

Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənərək ölən tələbə dəfn olunub.

 

Modern.az Oxu.az-a istinadən xəbər verir ki, 20 yaşlı Xasmətova Şəkər Faiq qızı doğulduğu Qusar rayonunun Xurel kəndindəki qəbirstanlıqda torpağa tapşırılıb.

 

BDU-nun Fizika fakültəsinin IV kurs tələbəsi olan Ş.Xasmətova noyabrın 21-də dünyasını dəyişsə də, atası Faiq Xasmətov ölkədə olmadığı üçün dəfn gecikib.

 

Qeyd edək ki, noyabrın 21-də Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasında zəhərlənmə hadisəsi baş verib. Həkimlər Mətbuat küç. 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə üç tələbə qız aşkarlayıblar.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...