Bu gün Türkiyənin İstanbul şəhərində Bütöv Azərbaycan Ocaqları, Turan Ocaqları, Azərbaycan Təhsil və Mədəniyyət Dərnəyi, Kızıl Elma Dərnəyi, Türkmeneli insan haqları Dərnəyi, Ahıska türkləri bərabər etiraz aksiyası keçirib.
Modern.az xəbər verir ki, bu təşkilatlar İranda noyabrın 15-dən başlamış kütləvi nümayişlər zamanı həbs olunan insanların azad edilmələrini, ölkədəki informasiya blokadasının dərhal götürülməsini tələb ediblər. Aksiya iştirakçıları İran rəhbərliyinin insanların hüquq və azadlıqlarının dərhal bərpa edilməsini istəyiblər. İranda baş verənlərin sosial və iqtisadi partlayış oduğunu deyən aksiya iştirakçıları hökumətin orda yaşayan soydaşlarımızın təhlükəsizliyindən cavabdeh olduğunu bildiriblər. Aksiya bəyanatın oxunuşundan sonra yekunlaşıb.
Məhsəti Şərif,
İstanbul