Modern.az

Deputat Lənkəranda III  Çay, Çəltik və Sitrus Festivalında - FOTO

Deputat Lənkəranda III  Çay, Çəltik və Sitrus Festivalında - FOTO

Aktual

24 Noyabr 2019, 21:56

Deputat Lənkəranda III  Çay, Çəltik və Sitrus Festivalında iştirak edib.

Modern.az xəbər verir ki, noyabrın 24-də Milli Məclisin Əmək və Sosial-siyasət Komitəsinin sədri Hadi Rəcəbli,  Lənkəran Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Lənkəran şəhərinin Heydər Əliyev Xatirə parkında III  Çay, Çəltik və Sitrus Festivalında iştirak edib.

Festivalda Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, “Regional İnkişaf” İctimai Birliyinin təmsilçiləri, dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin respublikamızdakı səfirləri və əməkdaşları, elm və mədəniyyət xadimləri, şəhər sakinləri, yerli və xarici turistlər iştirak ediblər. İlk öncə Lənkəranın inkişafında misilsiz xidmətləri olmuş Ümummilli Lider Heydər Əliyevin Xatirə parkındakı əzəmətli abidəsi ziyarət olunub önünə tər çiçəklər düzülüb.

Lənkəranlıların böyük səbirsizliklə gözlədiyi III Çay, Çəltik və Sitrus Festivalı Xatirə parkının giriş hissəsində qurulmuş rəmzi qala divarlarının qarşısından başlayıb. Millət vəkili Hadi Rəcəbli çıxış edərək qonaqlara və festival iştirakçılarına isti, hərarətli salamlarını çatdırıb. Sonra məktəblilər qonaqları müxtəlif dillərdə salamlayıblar.

Azərbaycanın dövlət atributları və subtropiklər diyarının simvolunu əks etdirən “Çayımızın dadı var”, “Süfrələrin bəzəyi - Lənkəranın düyüsü”, “Sitrus bağlarının möcüzəsi”, “Gözəlliyi damla-damla topladıq”, “Qonaq evin ruzi-bərəkətini artırar”, “Lənkəranın şirnisi-ağız dadımız”, “Cənnət görmək istəyən Lənkərana gəlsin” və digər pavilyonlarda, vitrinlərdə yerli fermerlərin yetişdirdiyi yüksək keyfiyyətli kənd təsərrüfatı məhsulları, ictimai iaşə və turizm obyektlərinin hazırladıqları ərzaq, sənaye malları, rayonda fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin, digər idarə və təşkilatların  qazandıqları uğurları əks etdirən eksponatlar nümayiş etdirilib.

Bundan başqa, festival iştirakçılarına ekoloji cəhətdən təmiz Lənkəran çaylarından dəmlənmiş samovar çayı, yerli şirniyyat ustalarının hazırladıqları zəngin süfrədən ibarət çay dəstgahı, rayonun ən bacarıqlı və təcrübəli aşpazlarının “Haşimi”, “Sədri”, “Appolla”, “Çampo” kimi yerli düyü sortlarından bişirdikləri 50 növdən çox plov, eyni zamanda Lənkəran mətbəxinin məşhur spesifik ləvəngisi ilə hazırlanmış xörəklər, müxtəlif çeşidli kabablar təqdim olunub.

Gün boyu davam edən tədbirdə bədii özfəaliyyət kollektivlərinin ədəbi-bədii kompazisiyalarından, mahnı və rəqslərindən ibarət rəngarəng musiqi nömrələr ifa olunub, gənclərin və idmançıların iştirakı ilə intellektual-əyləncəli proqramlar nümayiş olunub.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı