Modern.az

Əli Kərimlinin müşaviri azadlığa çıxdı

Əli Kərimlinin müşaviri azadlığa çıxdı

Aktual

25 Noyabr 2019, 09:31

AXCP sədrinin həbsdə olan müşaviri, partiyanın rəyasət heyətinin üzvü Asif Yusifli bu gün səhər saatlarında azadlığa çıxıb.

Modern.az xəbər verir ki, onun cəza müddəti bu gün başa çatıb.

A.Yusifli 2014-cü ilin noyabrında həbs edilib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Yusifli 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Ali Məhkəmə isə onun 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasını 5 ilə endirib.


Asif Yusifli Qarabağ əlilidir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı