Modern.az

İstirahət günləri yol qəzasında 7 nəfər ölüb

İstirahət günləri yol qəzasında 7 nəfər ölüb

Aktual

25 Noyabr 2019, 11:05

Respublikanın daxili işlər orqanları tərəfindən 2 gün ərzində törədilmiş 29 cinayətin üstü “isti izlər”lə açılıb.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 17 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında 6 ağır yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 7 nəfər ölüb.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı