Modern.az

Bakının mərkəzində ikimərtəbəli bina uçub - FOTO

Bakının mərkəzində ikimərtəbəli bina uçub - FOTO

Aktual

25 Noyabr 2019, 16:07

Bakıda 2 mərtəbəli yaşayış binasında uçqun baş verib.

 

Modern.az "Qafqazinfo"ya istinadən məlumat verir ki, son günlər yağan aramsız yağışdan sonra Nəsimi rayonu, Rəşid Behbudov küçəsi 37 ünvanında yerləşən 2 mərtəbəli bina uçub. 

 

Məlumata görə, həmin binada 20-yə yaxın ailə yaşayır və köhnə tikili olduğu üçün bina qəzalı vəziyyətdədir.

 

Aşan divar qaz xəttinin üzərində düşdüyü üçün qəza baş verib və hazırda ərazidə qazın verilməsində fasilə yaranıb. 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı