Modern.az

Deputatdan icbari tibbi sığortanın tətbiqi ilə bağlı təklif:  “Qanunvericilik bazası yaradılmalıdır”

Deputatdan icbari tibbi sığortanın tətbiqi ilə bağlı təklif:  “Qanunvericilik bazası yaradılmalıdır”

Aktual

25 Noyabr 2019, 16:25

İcbari tibbi sığortanın ölkəmizdə həyata keçirilməsi üçün qanunvericilik bazası yaradılmalıdır.

 

Modern.az-ın xəbərinə görə, bunu “Tibbi sığorta haqqında” qanun layihəsinə dəyişikliklərin müzakirəsi zamanı parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

 

O bildirib ki, Prezident İlham Əliyevin 2020-ci il yanvarın 1-dən Azərbaycanda icbari tibbi sığortaya keçidlə bağlı sənəd imzalamasından sonra ölkəmizdə bununla bağlı böyük işlər görülüb: “Bu sərəncamdan irəli gələrək “Tibbi sığorta haqqında” qanunun 8 maddəsinə 126 dəyişiklik təklif olunur. Bu dəyişikliklər əsasən, icbari tibbi sığorta ilə bağlıdır”.

 

O həmçinin qeyd edib ki, dəyişikliklər 3 qrupa bölünür: “Bunlar anlayışlarla bağlı, stilistik və sığortaolunanlarla bağlı dəyişikliklərdir”. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı