Modern.az

UEFA “Qarabağ”a 159 min avro ödədi

UEFA “Qarabağ”a 159 min avro ödədi

Aktual

25 Noyabr 2019, 17:53

2018/19-cu il mövsümündə UEFA Avropa Liqası klublarından mövsümün əvvəlində tutulan məbləğin ödənilməsi ilə bağlı paylanma qaydası təsdiqlənib. 

 

Modern.az AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, bu, UEFA-nın Klub Yarışları Komitəsinin Monakoda keçirilmiş iclasında gerçəkləşib.

 

Avropa Liqasında 2018/19-cu il mövsümündə çıxış edən klublar üçün məbləğin “market pool” nisbətində paylanacağı razılaşdırılıb. “Qarabağ” Futbol Klubuna ayrılan 159 min 698  avro vəsait AFFA-nın vasitəsilə klubun hesabına köçürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!