Modern.az

Bir gündə yol qəzalarında 5 nəfər öldü - RƏSMİ

Bir gündə yol qəzalarında 5 nəfər öldü - RƏSMİ

Aktual

26 Noyabr 2019, 11:07

Respublikanın daxili işlər orqanları tərəfindən, ötən  gün ərzində törədilmiş16 cinayətin üstü “isti izlər”lə açılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında 4 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı