Bakıda dəm qazı daha iki nəfərin həyatına son qoyub.
Modern.az APA-ya istinadən məlumat verir ki, hadisə Sabunçu rayonu Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1981-ci il təvəllüdlü Əliyeva Könül Elşad qızı və onun oğlu, 2007-ci il təvəllüdlü Əliyev Kərim Nail oğlu dəm qazından boğularaq ölüblər.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.