Modern.az

Avtobus parklarının yenilənmə prosesi başladı

Avtobus parklarının yenilənmə prosesi başladı

Aktual

26 Noyabr 2019, 11:59

“Quba, Şamaxı, Zaqatala, Masallı, Mingəçevir və Gəncədə avtobus parklarının yenilənmə prosesi başlayıb”. 

 

Bu barədə Modern.az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib. 

 

N.Allahyarovanın sözlərinə görə, artıq daşıyıcı şirkətlər həmin şəhər və rayonlarda avtobusların bəzilərini yeniləri ilə əvəz ediblər. O, həmçinin əlavə edib ki, respublika üzrə yaşı (istismar müddəti) 10 ildən yuxarı olan avtobusların statistikası 77 faizdən yuxarı idisə, hazırda avtobusların yenilənməsindən sonra bu rəqəm 64 faizə enib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı