Modern.az

Dağlıq Qarabağın azərbaycanlı icması erməni icması ilə danışıqlara hazırdır - Tural Gəncəliyev

Dağlıq Qarabağın azərbaycanlı icması erməni icması ilə danışıqlara hazırdır - Tural Gəncəliyev

Aktual

26 Noyabr 2019, 12:15

Dağlıq Qarabağın azərbaycanlı icması erməni icma ilə danışıqlara hazırdır.

 

Modern.az-ın məlumatına görə, bunu Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Tural Gəncəliyev deyib.

 

Onun sözlərinə görə, belə bir təklif olarsa, icma qarşı tərəflə dialoq apara bilər:

 

"Azərbaycanlı jurnalistlərin Dağlıq Qarabağa və Ermənistana, erməni jurnalistlərin isə Azərbaycana səfəri danışıqlar prosesi üçün çox əhəmiyyətli idi. Bu prosesin davam etdirilməsi irəliləyişə səbəb ola bilər. Əgər bu proses çərçivəsində azərbaycanlı və erməni icmalarının da görüşü, qarşılıqlı səfərləri təklif edilərsə, biz bu görüşə və dialoqlara hazırıq, bu təklifi dəstəkləyirik".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı