Modern.az

Mehriban Əliyeva təbriklərə görə təşəkkür ETDİ

Mehriban Əliyeva təbriklərə görə təşəkkür ETDİ

Aktual

26 Noyabr 2019, 14:57

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi feysbuk səhifəsində paylaşım edib.

 

Modern.az-ın məlumatına görə, paylaşımda deyilir:

 

"Hörmətli həmvətənlər!

Rusiya Federasiyasının dövlət mükafatı – “Dostluq” ordeni ilə təltif edilməyim münasibətilə təbriklərinizə görə sizə dərin minnətdarlığımı bildirirəm. Rusiyaya rəsmi səfərim zamanı mənə ünvanladığınız xoş, səmimi sözlərə görə sizə təşəkkür edirəm.

Öz fəaliyyətimdə mən daim sizin dəstəyinizi hiss edirəm. Sizin mənə inamınız, xoş münasibətiniz və səmimiyyətlə uğurlar diləməyiniz mənim üçün ən gözəl ilham mənbəyidir.

Çox sağ olun!"

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...