Modern.az

BMU-nun məzunu Praqa İqtisad Universitetində  

BMU-nun məzunu Praqa İqtisad Universitetində  

Aktual

26 Noyabr 2019, 16:06

 

Bakı Mühəndislik Universitetinin (BMU) Maliyyə ixtisası üzrə 2018/2019-cu tədris ilinin bakalavr məzunu Yusif Aşırov magistratura təhsilini Avropanın nüfuzlu universitetlərindən biri olan Çexiyada yerləşən Praqa İqtisad Universitetində davam etdirir. 

 

Modern.az xəbər verir ki, Y.Aşırov magistraturada dərslərin çətin olduğuna baxmayaraq, bakalavr müddətində qazandığı keyfiyyətli bilik və bacarıqlar sayəsində dərslərinin öhdəsindən asanlıqla gəldiyini qeyd edib. 

 

Bununla yanaşı, BMU-nun məzunu Amerikada və dünyada tibbi avadanlıqlar, həmçinin əczaçılıq sənayesi üzrə tanınmış “Johnson & Johnson” şirkətindən iş təklifi alıb və qəbul edib. 

 

Məlumat üçün qeyd edək ki, Y.Aşırov BMU-nun bakalavr pilləsinə 690 balla daxil olub və Prezident təqaüdünə layiq görülüb. Bakalavr təhsilini isə 96.78 bal ümumi orta müvəffəqiyyət göstəricisi ilə bitirib.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!