Modern.az

Paytaxtda yol qəzası - xəsarət alanlar var

Paytaxtda yol qəzası - xəsarət alanlar var

Aktual

26 Noyabr 2019, 18:31

Bakıda yol qəzası baş verib.

 

Səhiyyə Nazirliyindən Modern.az-a verilən məlumata görə, hadisə paytaxtın Nərimanov rayonu Ağa Neymətulla küçəsində olub:

 

"Avtomobil qəzası barədə məlumat təcili yardıma saat 13:46-da daxil olub. Hadisə yerindən 25 yaşlı hamilə qadın sol ayağın əzilməsi, 26 yaşlı kişi sol qaşüstü nahiyəsinin əzilməsi və 24 yaşlı kişi qapalı kəllə-beyin və burun sümüyünün sınığı diaqnozu ilə Kliniki Tibbi Mərkəzə çatdırılıblar.

Yaralıların vəziyyəti orta-ağır kimi qiymətləndirilir".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı