Modern.az

İranda bir həftədə 15 nəfər qripdən öldü

İranda bir həftədə 15 nəfər qripdən öldü

Aktual

26 Noyabr 2019, 22:03

Ötən həftə ərzində İranda 15 nəfər qrip nəticəsində dünyasını dəyişib.

Modern.az "Trend"ə istinadən xəbər verir ki, bunu İranın səhiyyə nazirinin müavini Əlirza Rəisi deyib.

Ə.Rəisinin sözlərinə görə, 8 nəfər H1N1 virusu, 7 nəfər isə H3N2 virusu nəticəsində həlak olub.

Qeyd edək ki, son bir neçə həftədə 3 915 nəfər tənəffüs sistemi xəstəliklərinə yoluxub. Onun 342-sinin qripə yoluxduğu bildirilir.

Qrip nəticəsində ən çox ölüm halları Tehran, Mazandaran və Şərqi Azərbaycan vilayətlərində qeydə alınıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı