Modern.az

Oqtay Şirəliyev mərkəz direktorunu işdən çıxardı

Oqtay Şirəliyev mərkəz direktorunu işdən çıxardı

Aktual

27 Noyabr 2019, 10:41

Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzinin direktoru işdən çıxarılıb.

 

Modern.az Unikal.org-a istinadən xəbər verir ki, Səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzinin direktoru Əkbər Ağayev vəzifəsindən azad edilərək təqaüdə göndərilib.

 

Nazirin digər əmri ilə həmin vəzifəyə Tural Rzayev təyin edilib. T.Rzayev bu təyinata qədər 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının şöbə müdiri işləyib.

 

Xəbəri Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzindən təsdiqləyiblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...