Modern.az

“Qalibiyyət: şahidlər və şəhidlər” kitabı Abdulla Şaiqin ev muzeyinə hədiyyə olundu

“Qalibiyyət: şahidlər və şəhidlər” kitabı Abdulla Şaiqin ev muzeyinə hədiyyə olundu

Aktual

27 Noyabr 2019, 16:10

UNEC-in İqtisadçı Vətənpərvərlər Təşkilatının təşkilatçılığı ilə Abdulla Şaiqin Mənzil Muzeyində “Azərbaycan ədəbiyyatında vətənpərvərlik” mövzusunda tədbir keçirilib.

Modern.az-ın məlumatına görə, tədbirdə UNEC-in müəllim-tələbə heyəti və digər qonaqlar iştirak ediblər. Tədbirin əvvəlində  iştirakçılar Azərbaycan Respublikasının ərazi bütövlüyü və müstəqilliyi uğunda şəhid olanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi  Ülkər Talıbzadə belə bir tədbirin Abdulla Şaiqin mənzil Muzeyində keçirilməsindən məmnunluğunu bildirib.

Tədbirdə iştirak edən əməkdar müəllim, UNEC-in tələbələrlə iş üzrə prorektoru, dos. Səadət Qəndilova azərbaycançılıq, milli-mənəvi dəyərlər, tolerantlıq və gənclərin vətənpərvər ruhda tərbiyələnməsi və təbliğat aparmasının şərtlərindən danışıb. Qarabağ müharibəsi dövründən bu günə kimi iştirakçısı olduğu  hadislərdən, cəbhə bölgəsində şahidi olduğu xatirəkərini bölüşüb.  

Daha sonra İqtisadçı Vətənpərvərlər Təşkilatının sədri Yusif Cəfərbəyli vətənpərvərlik ruhunda yazan şair və yazıçılarımızın əsərlərinin gənclər arasında təbliğ olunmasının əhəmiyyətini diqqətə çatdıraraq, ədəbiyyatın insanın  cəmiyyətə intiqrasiyasındakı əvəzsiz rolundan  və kitabların  gənclərin tərbiyəsinə verdiyi tövhədən danışıb.

Araşdırmaçı jurnalist Aida Eyvazlı Göytürk  türkçülük və Aprel döyüşlərinə həsr olunmuş müəllifi olduğu “Qalibiyyət: şahidlər və şəhidlər” kitabı  və kitabın qəhrəmanları barədə,  eləcə də gənclərin vətənpərvərlik tərbiyəsində  önəmli olan  Azərbaycançılıq və türkçülük ideyalarının təbliğatının aparılmasının vacidbliyini qeyd edib.

A.Şaiq yaradıcılığında vətən mövzusu haqqında muzeyin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Arzu xanım Hacıyeva ,UNEC-in “Azərbaycan dili” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Gülbəniz İsmayılzadə  isə müxtəlif Azərbaycan şairlərinin yaradıcılığında vətənpərvərlik mövzusunda yazılmış şeirlərdən nümunələr gətirib.

Tədbirdə “Azərbaycan dili” kafedrasının digər müəllimləri Təranə Xəlilova, Mətanət Əmrahova, İqtisadiyyat fakültəsinin dekan müavini Rahim Mürsəlli də iştirak ediblər.


Tədbirin bədii hissəsində isə fəal və isteadadlı tələbələri və təşkilat üzvləri Yusif Cəfərbəyli, Lamiyə Qaraxova,  Rəşad Aslan, Yasin Məmmədov, Nigar Kərimli, İbadət Bədəlov milli musiqinin müşaiyəti vətənpərvərlik ruhlu şeirlər səsləndirib və  maraqlı çıxışlar təqdim ediblər.

Tədbirin sonunda muzeyin direktoru Ülkər Talıbzadə tədbir iştirakçılarına öz təşəkkürünü bildirib və muzey adından universitetin prorektoru Səadət xanım Qəndilovaya kitablar hədiyyə edib. Araşdırmaçı jurnalist Aida Eyvazlı Göytürk də “Qalibiyyət: şahidlər və şəhidlər” kitabılarını  aprel döyüşünün iştirakçısı, UNEC-in tələbəsi İbadət Bədəlova və Abdulla Şaiqin ev muzeyinə hədiyyə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı