Şəmkir rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Seyfəli kəndində baş verib.
"VAZ" markalı avtomobilin aşması nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım maşını ilə öncə Şəmkir rayon Mərkəzi Xəstəxanasına, sonra Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıblar.
Onların vəziyyətinin orta-ağır və ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.