Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun başçılıq etdiyi nümayəndə heyəti Rusiyada işgüzar səfərdədir.
Modern.az-ın məlumatına görə, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Rusiyada bir sıra səmərəli və vacib görüşlər keçirib. Bu görüşlər Rusiya mətbuatının diqqətində olub.
Belə görüşlərdən biri Rusiya Federasiyasının MDB ölkələri, xaricdə yaşayan həmvətənlərlə iş və beynəlxalq humanitar əməkdaşlıq üzrə Federal Agentliyin rəhbəri Eleonora Motrofonava ilə keçirilib.
Görüşdə iki ölkə arasındakı münasibətlər, humanitar əməkdaşlıq, xaricdə yaşayan həmvətənlərlə işlə bağlı məsələlər barəsində fikir mübadiləsi aparılıb.
Fuad Muradovun Eleonora Motrofonava ilə, eləcə də Federasiya Şurasının sədr müavini İlyas Umaxanovla görüşü Rusiya KİV-lərinin, eləcə də dövlət qurumlarının rəsmi sayrlarının diqqətində olub.
Rusiya saytları bu görüşlərə geniş yer ayıraraq, müzakirə olunan məsələlər barədə ictimaiyyətə dolğun informasiyalar çatdırıblar.
Həmin görüşlər barədə ətraflı məlumatlarla aşağıdakı linklərə keçid etməklə tanış olmaq mümkündür.
//rs.gov.ru/ru/news/59573?fbclid=IwAR0hIhnaRJ5OyCmb_a5zsNVciw6kG6zVnMMi5j3o9I2ZAjSDo_Hhz_Dl-nM
//council.gov.ru/events/news/110570/?fbclid=IwAR0HLO49Yc-Hr7ew5B9PL-XxhDWncWPtOl1VyLSQItLM376_1t2I6YtlAB0
//vmeste-rf.tv/news/in-sf-want-to-change-the-work-with-the-diaspora-abroad-/?fbclid=IwAR3jDp4Z2ey1xBZPu3PRlDyidkKwJBCNwiFC4tJPLZRlhtSiDMstuiJZ-80
//moscow.mfa.gov.az/news/4/3218