Modern.az

Uşaqlara alkoqollu içkilər satdılar

Uşaqlara alkoqollu içkilər satdılar

Aktual

28 Noyabr 2019, 14:53

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində 2 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib.

 

Həmin mağazaların satıcıları A.Şahməmmədov və H.Bəbirov barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin vəya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan DƏHŞƏTLİ HÜCUM - Rusiyanın əsas bazası külə döndü!