Modern.az

Ziya Məmmədovun qardaşı oğlu yola salındı

Ziya Məmmədovun qardaşı oğlu yola salındı

Aktual

28 Noyabr 2019, 16:07

Azərbaycan daxili işlər orqanlarının daha bir əməkdaşı işdən çıxarılıb.

 

Modern.az “Report”a istinadən məlumat verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Səfərbərlik və Mülki Müdafiə İdarəsinin rəisi, polis polkovniki Fuad Məmmədli vəzifəsindən azad edilib.

 

Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

 

Əmrə əsasən, F.Məmmədli təqaüdə göndərilib.

 

DİN-in Mətbuat Xidməti fakt təsdiqləyib.

 

F.Məmmədlinin yerinə hələlik təyinat yoxdur.

 

Qeyd edək ki, F.Məmmədli sabiq Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğludur.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan DƏHŞƏTLİ HÜCUM - Rusiyanın əsas bazası külə döndü!