Modern.az

“XİN İran vətəndaşları üçün Naxçıvana vizanın ləğvi ilə bağlı müvafiq rəy verib” - Leyla Abdullayeva

“XİN İran vətəndaşları üçün Naxçıvana vizanın ləğvi ilə bağlı müvafiq rəy verib” - Leyla Abdullayeva

Aktual

28 Noyabr 2019, 19:48

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasına səfər edən İran vətəndaşları üçün viza rejimi ləğv edilib. Bu isə o deməkdir ki, dekabr ayının 1-dən etibarən İran vətəndaşları 15 gün müddətinə vizasız Naxçıvana səfər edə biləcəklər.

 

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilən və Muxtar Respublikanın baş naziri Əlövsət Baxşıyev tərəfindən imzalanan bu qərar, cəmiyyətdə birmənalı qarşılanmayıb. Belə ki, ictimai rəydə Naxçıvan Muxtar Respublika rəhbərliyinin belə bir səlahiyyətinin olmaması ilə bağlı iddialar səslənməkdədir. 

 

Doğrudanmı, İranla viza rejiminin ləğvi ilə bağlı verilən qərar Naxçıvan rəhbərliyinin səlahiyyətləri xaricindədir? İran vətəndaşlarının viza rejiminin ləğvi ilə bağlı qərar Azərbaycan XİN-i ilə razılaşdırılıbmı?

 

Modern.az xəbər verir ki, XİN-nin mətbuat katibi Leyla Abdullayeva məsələ ilə bağlı "moderator.az"a açıqlamasında məlum qərarın XİN-lə razılaşdırıldığını vurğulayıb:

 

“Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarına uyğun olaraq, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 26 noyabr tarixində Muxtar Respublikaya səfər edən İran İslam Respublikası vətəndaşlarının 15 gün müddətinə viza tələbindən azad edilməsi haqqında qərar verib.  Dövlətlərarası münasibətlərə aid olan bu məsələ Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə əlqələndirilib və XİN-in bu xüsusda rəyi verilib. AR XİN-in müvafiq təlimatı əsasında XİN-in Naxçıvan Muxtar Respublikasındakı İdarəsi İran vətəndaşlarının 15 gün müddətinə Naxçıvana vizasız səfər edə biləcəyinə dair açıqlama ilə çıxış edib”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı