Modern.az

Zəlzələ TAP-ın infrastrukturuna ziyan vurmayıb

Zəlzələ TAP-ın infrastrukturuna ziyan vurmayıb

Aktual

28 Noyabr 2019, 20:29

Albaniyada baş vermiş güclü zəlzələ Trans-Adriatik qaz kəmərinin (TAP) infrastrukturuna ziyan vurmayıb.

Modern.az xəbər verir ki, bunu "Trend"ə TAP konsorsiumunun əlaqələr şöbəsinin rəhbəri Liza Givert deyib.

O, bildirib ki, konsorsium vəziyyəti nəzarət altında saxlayıb:

“Zəlzələ nəticəsində TAP personalı, infrastrukturu, eləcə də yerüstü qurğuları ziyan çəkməyib”.

L.Givert bildirib ki, konsorsium işçilərə növbəti yeraltı təkanlar olacağı təqdirdə təhlükəsizlik tədbirlərini gücləndirməyi tövsiyə edib.

Qeyd edək ki, Albaniyada noyabrın 26-sı baş verən zəlzələ nəticəsində 40-a yaxın şəxs ölüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...