Modern.az

Merkel çıxış edərkən səhnəyə yıxıldı - VİDEO

Merkel çıxış edərkən səhnəyə yıxıldı - VİDEO

Aktual

28 Noyabr 2019, 22:18

Almaniyanın baş naziri Angela Merkel şəhnəyə yıxılıb.

Modern.az  xəbər verir ki, hadisə Çoxtərəfli Ticarət və Rəqəmsal Təhlükəsizlik mövzusunda keçirilən Berlin konfransında baş verib.

Məlumata görə, insidentin əks olunduğu videogörüntünü “Daily Mail” portalı özünün “YouTube” kanalında yayıb.

Bunu zarafatla qarşılayan Merkel pillələri görmədiyini, ancaq gələn dəfə onlardan mütləq istifadə edəcəyini bildirib.

Öz çıxışında o, almaniyalı sənaye nümayəndələrinə və ticarət palatalarına müraciət edib, Dünya Ticarət Təşkilatında dəyişikliklərə ehtiyac olduğunu vurğulayıb.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!