Modern.az

Yeniyetmə qızı vuran sürücü hadisə yerindən qaçıb

Yeniyetmə qızı vuran sürücü hadisə yerindən qaçıb

Aktual

29 Noyabr 2019, 00:17

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az  "Report"a istinadən  xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Qaraçuxur qəsəbəsində 2003-cü il təvəllüdlü Kərimova Aydan İkra qızı yolu keçərkən onu avtomobil vurub. Yaralı yaxınlıqdakıların köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qol və diz nahiyəsinin əziyi diaqnozu qoyulub.

Hadisəni törədən sürücü ərazidən yayınıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan DƏHŞƏTLİ HÜCUM - Rusiyanın əsas bazası külə döndü!