Modern.az

Azərbaycan yığması Almaniya ilə qarşılaşacaq

Azərbaycan yığması Almaniya ilə qarşılaşacaq

Aktual

29 Noyabr 2019, 14:00

17 və 19 yaşadək qızlardan ibarət milli komandalar arasında final mərhələsi 2021-ci ildə keçiriləcək Avropa çempionatlarının ilkin seçmə mərhələsinin püşkü atılıb. 

 

Modern.az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki tədbirdə Azərbaycan yığmalarının da rəqibləri bəlli olub.

 

U-17 ilkin seçmə mərhələnin II qrupunda Almaniya, Belçika və Malta ilə eyni qrupda mübarizə aparacaq. 

 

U-19 isə ilkin seçmə mərhələnin VII qrupunda Belçika, İsveç və Kiprlə üz-üzə gələcək.

 

Qeyd edək ki, U-17-nin qrup oyunları gələn il sentyabrın 1-dən 10-dək Maltada, U-19-un görüşləri isə oktyabrın 19-dan 27-dək Belçikada keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı