Modern.az

Ombudsman Aparatından  "COVİD-19"a qarşı mübarizəyə dəstək

Ombudsman Aparatından 

Aktual

22 Mart 2020, 21:14

Ombudsman Aparatı  "COVİD-19" infeksiyasına qarşı mübarizə üzrə dəstək kampaniyasına qoşulub.


Bu barədə Modern.az-a Ombudsman Aparatından məlumat verilib.


Bildirilib ki,  Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən preventiv tədbirlərə qoşulur və bu ümummilli məsələdə dövlətin həyata keçirdiyi yüksək təhlükəsizlik tədbirlərini,  atdığı qətiyyətli addımları dəstəkləyərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30000 AZN məbləğində vəsait köçürür.


Həmçinin, bütün insanları infeksiyaya qarşı preventiv tədbirlərin şərtlərinə ciddi əməletməyə cağırırıq. Bütün dünyanın koronavirusa qarşı mübarizə apardığı bu dövrdə xalqımız həmrəy olmalı, müvafiq göstəriş və tövsiyələrə tam riayət etməlidir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?