Modern.az

51 Qazaxıstan vətəndaşı ölkəsinə qayıtdı 

51 Qazaxıstan vətəndaşı ölkəsinə qayıtdı 

Aktual

23 Mart 2020, 18:49

Martın 18-dən 22-nə qədər olan dövrdə Qazaxıstanın Bakıdakı səfirliyinin köməyi və iki dövlət strukturunun qarşılıqlı fəaliyyəti nəticəsində 51 Qazaxıstan vətəndaşı vətənlərinə qayıdıb.

 

Bu barədə Modern.az-a Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

 

Məlumatda qeyd edilib ki, 19 və 22 mart tarixlərində Bakı limanından bərə ilə 41 nəfər, Bakı-Moskva-Qazaxıstan aviareysi ilə isə 10 nəfər Qazaxıstana yola salınıb. Bu gün isə daha 13 Qazaxıstan vətəndaşı Bakı limanından bərə ilə Aktau limanına yola salınacaq.

Sizə yeni x var
Keçid et
Türkiyədə həbslər başladı - Bakıya hücum edənlər cəzalandırılır