Modern.az

Gənclər və İdman Nazirliyindən koronavirusa qarşı 30 minlik ianə

Gənclər və İdman Nazirliyindən koronavirusa qarşı 30 minlik ianə

Aktual

24 Mart 2020, 12:24

Gənclər və İdman Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min manat köçürüb. Bu barədə Modern.az-a Gənclər və İdman Nazirliyinin mətbuat katibi Samayə Məmmədova məlumat verib. Onun sözlərinə görə, Gənclər və İdman Nazirliyi bütün dünyanı narahat edən koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə ölkə əhalisinin sağlamlığının qorunması, yoluxma hallarının qarşısının alınması istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən tədbirləri dəstəkləyir. Nazirlik Prezident İlham Əliyevin təşəbbüsünə qoşularaq, ölkə başçısının 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna əməkdaşların əməkhaqlarının bir hissəsini, 30 min manat məbləğində vəsaiti köçürdü.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...