Azərbaycanın işğal altındakı Qarabağ torpaqlarında koronavirusa yoluxma halları artmaqda davam edir.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, son sutka ərzində daha 4 nəfərdə koronavirus tapılıb. Onlardan 2-si Xocalıda, 1-i Xankəndində və digəri isə Ağdərədə virusa yoluxub.
Bu günə qədər COVID-19 virusuna yoluxanların sayı 299 nəfərə çatıb. Onlardan 265 nəfər sağalıb, 2 nəfər ölüb və 32 nəfər müalicəsini davam etdirir.