Modern.az

Sabah Bakıda yağış, rayonlarda qar yağacaq

Sabah Bakıda yağış, rayonlarda qar yağacaq

Aktual

16 Dekabr 2020, 13:34

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. 

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az verilən məlumata görə, dekabrın 17-də Bakı və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Səhər zəif duman olacaq, mülayim şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 6-8, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 1-6, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 2-6 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

 

Tibbi-meteoroloji proqnoz

 

Abşeron yarımadasında mülayim küləkli və rütubətli hava şəraiti gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?