Modern.az

Mədəniyyət Nazirliyi Cəbrayılla bağlı virtual sərgi təşkil etdi

Mədəniyyət Nazirliyi Cəbrayılla bağlı virtual sərgi təşkil etdi

Aktual

25 Dekabr 2020, 19:07

Mədəniyyət Nazirliyinin “Museum.az” internet portalı tərəfindən “Qarabağın nadir muzey inciləri” layihəsi çərçivəsində Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyinin yaranmasının 40 illik yubileyi münasibətilə Azərbaycan Milli İncəsənət Muzeyində təşkil olunan sərginin videotəqdimatı hazırlanıb.

 

Modern.az xəbər verir ki, Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyi Qarabağın qədim tarixini özündə əks etdirən zəngin kolleksiyaya malik muzeylərdən biridir.

Sərgidə muzeyin kolleksiyasından müxtəlif dövrləri əhatə edən bədii metal və dekorativ-tətbiqi sənət nümunələri, etnoqrafik materiallar, zərgərlik məmulatları, silahlar, milli geyimlər  nümayiş etdirilib.         

Virtual sərgini təqdim edirik:

 

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV