Modern.az

Millinin layiqli çıxışını təmin etməyə çalışırıq - Federasiya prezidenti    

Millinin layiqli çıxışını təmin etməyə çalışırıq - Federasiya prezidenti    

Aktual

25 Dekabr 2020, 21:13

"Qətər millisi son illərdə nəzərəçarpacaq uğurlar qazanıb. Həmçinin tarixində ilk dəfə Asiya çempionu oldu. Amma biz bununla kifayətlənmək niyyətində deyilik".

 

Modern.az xəbər verir ki, bunu Qətər Fubol Federasiyasının prezidenti Şeyx Həməd ibn Xəlifə ibn Əhməd Əl-Tani AS nəşrinə açıqlamasında deyib.

 

Yığmanın DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində iştirakına münasibət bildirən funksioner bunun komandanın xeyrinə olacağını söyləyib: "Məhz bu səbəbdən Avropadakı seçmə mərhələdə oynamağa qərar verdik. Komandamız daha əvvəl 2019-cu ildə Amerika Kubokunda mübarizə aparıb. 2021-ci ildəki turnirə də qatılacağıq. Həmçinin Şimali və Mərkəzi Amerikanın əsas turniri olan CONCACAF Qızıl Kubokda da oynayacağıq. Qətərdəki mundial ölkə üçün inanılmaz dərəcədə əhəmiyyətli hadisədir və millinin bu turnirdə layiqli çıxışını təmin etməyə çalışırıq".

 

Qeyd edək ki, UEFA Qətər millisini Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupuna daxil edib. Asiya çempionu ilə matçlar hazırlıq xarakteri daşıyacaq və bütün ev oyunları rəqiblərin meydanında keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV