Modern.az

Koronavirusun yeni mutasiyası daha çox gənclər arasında yayılır 

Koronavirusun yeni mutasiyası daha çox gənclər arasında yayılır 

Aktual

25 Dekabr 2020, 22:48

Koronavirusun yeni mutasiyası Avropanın daha 8 ölkəsində aşkarlanıb.

 

Modern.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional bürosunun rəhbəri Hans Klyuqe bildirib.

 

“Avropa regionunda səkkiz ölkədə COVİD-19-un yeni versiyası - VOC-202012/01-ə rast gəlinib. Mövcud qoruyucu tədbirləri gücləndirmək həyati əhəmiyyət daşıyır. Bunun üçün sosial məsafəni gözləmək, tibbi maskadan istifadə etmək, məhdudlaşdırıcı tədbirlərə riayət etmək lazımdır”.

 

Klyuqe əlavə edib ki, yeni ştamm əvvəlkilərdən fərqli olaraq, daha çox gənc yaş qrupu arasında yayılır. ÜST nümayəndəsi yeni mutasiyanın xüsusiyyətlərinin öyrənildiyi müddətdə hər kəsi ayıq-sayıq olmağa çağırıb.

 

Qeyd edək ki, ilk dəfə Böyük Britaniyada rast gəlinən yeni mutasiya növünün 70% daha çox yoluxucu olduğu bildirilir.

 

 
Sizə yeni x var
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV