Modern.az

FHN AzTV-dəki uçqunla bağlı məlumat yaydı

FHN AzTV-dəki uçqunla bağlı məlumat yaydı

Aktual

26 Dekabr 2020, 00:47

Fövqəladə Hallar Nazirliyi  (FHN) “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin ərazisində baş verən dağıntı ilə bağlı məlumat yayıb.

 

Modern.az FHN-in saytına istinadla xəbər verir ki, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvana cəlb olunub.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, inzibati binadakı 1 otaqda tavanda və döşəmədə dağıntı baş verib, nəticədə 1996-cı il təvəllüdlü Gülverdiyev Gülverdi Namiq oğlu dağıntılar altında qalaraq ölüb. 

 

Həyata keçirilən qəza-xilasetmə tədbirləri nəticəsində N.Gülverdiyevin meyiti dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...