Modern.az

Monteneqro prezidenti xəstəxanaya yerləşdirildi

Monteneqro prezidenti xəstəxanaya yerləşdirildi

Aktual

26 Dekabr 2020, 09:14

Monteneqronun Prezidenti Milo Cukanoviç pnevmaniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

 

Modern.az-ın məlumatına görə, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Həkimlərin tövsiyəsi ilə Cukanoviçin sətəlcəmdən müalicə olunduğu bildirilir:

 

“Bu günə qədər prezidentin COVID-19 üçün verdiyi testlərin nəticələrinin hamısının cavabı mənfi olub. Həyat əlamətləri sabitdir, prezident vəzifələrini maneəsiz yerinə yetirir”.

 

Monteneqroda yeni növ koronavirus bağlı vəziyyət gərgin olaraq qalır. Belə ki, 600 min nəfər əhalisi olan ölkənin demək olar ki, 46 min vətəndaşı koronavirusa yoluxub, 652 nəfər dünyasını dəyişib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...