Modern.az

Trend-in baş redaktorunun vəziyyəti ağır olaraq qalır

Trend-in baş redaktorunun vəziyyəti ağır olaraq qalır

Aktual

26 Dekabr 2020, 13:20

Trend İnformasiya Agentliyinin baş redaktoru Rufiz Hafizoğlunun ümumi vəziyyəti stabildir.

 

Modern.az xəbər verir ki, bunu baş redaktorun yerləşdirdiyi klinikanın müalicə həkimi bildirib.

Məlumatda qeyd edilir ki, Rufiz Hafizoğlunun hazırda təzyiq və hərarəti normaldır: "Saturasiyası 97 faizə yüksəlib, bunun 35 faizi süni tənəffüs aparatı ilə verilir. Bunu yaxşılaşma hesab etmək olar, amma ümumi vəziyyət stabil ağır olaraq qalır. Müalicəsi intensiv davam etdirilir".

Xatırladaq ki, R. Hafizoğlu bir müddət əvvəl koronavirusa yoluxub. Vəziyyəti ağırlaşan baş redaktor "Yeni Klinika"ya yerləşdirilib.

 

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV