Modern.az

Xalq artistinin həyat yoldaşı Mehriban Əliyevaya təşəkkür etdi

Xalq artistinin həyat yoldaşı Mehriban Əliyevaya təşəkkür etdi

Aktual

29 Yanvar 2021, 14:00

Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Güllü Hüseynova Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.

 

Modern.az-a xəbər verir Rəmişin həyat yoldaşı Trend-ə açıqlamasında qeyd edib ki, R.Hüseynov hazırda Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsindədir:

 

“Hazırda özüm də buradayam, həkimlər hər dəqiqə bizə məlumat verirlər, xəstənin müalicəsini diqqətdə saxlayırlar. Rəmişin müalicəsinin diqqətdə saxlanılmasına görə ölkə rəhbərliyinə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin təşəkkürümü bildirirəm”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!