Modern.az

Vətən müharibəsində yaralanmış MAXE şəhid olub

Vətən müharibəsində yaralanmış MAXE şəhid olub

Aktual

29 Yanvar 2021, 16:33

Azərbaycan Ordusunun Vətən müharibəsində yaralanmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE) şəhid olub.

 

Modern.az xəbər verir ki, Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakini, 1997-ci il təvəllüdlü, MAXE Əliyev Azər Dilafət oğlu oktyabr ayının 15-i Xocavənd istiqamətində gedən döyüşlərdə başından ağır yaralanıb.

 

O, yanvarın 28-də müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

 

A.Əliyev bu gün Yuxarı Qiyaməddinli kəndində dəfn edilib.

 

Şəhidimiz ailəli idi, bir azyaşlı övladı var.

 

Allah rəhmət eləsin!

 

Əliyev Azər
Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV