Modern.az

Bakıda keçiriləcək dünya çempionatının vaxtı dəyişdirildi

Bakıda keçiriləcək dünya çempionatının vaxtı dəyişdirildi

Aktual

30 Yanvar 2021, 09:44

Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə 35-ci dünya çempionatı və 28-ci Ümumdünya yarışlarının vaxtı dəyişdirilib.

Modern.az bu barədə Beynəlxalq Gimnastika Federasiyasına (FIG) istinadən məlumat verir.

 

FIG bu il keçiriləcək bir neçə yarışın tarixini dəyişdirdiyini açıqlayıb.

Belə ki, Bakıdakı batut gimnastikası və tamblinq üzrə 35-ci dünya çempionatı keçirilmə tarixi bir həftə sonraya keçirilib. Yeni qərara əsasən, yarış bu il noyabrın 18-21-də keçiriləcək. Bundan əvvəl çempionatın noyabrın 11-14-də keçirilməsi planlaşdırılırdı.

 

Yaş qrupları arasında 28-ci Ümumdünya yarışlarının keçirilmə vaxtı isə noyabrın 19-22-dən, noyabrın 26-29-a keçirilib.

Yarışların vaxtının dəyişdirilməsi qərarı FIG konqresinin bir il müddətinə, 2020-ci ilin oktyabrından 2021-ci ilin noyabrına keçirilməsi ilə əlaqədar verilib.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV