Modern.az

Afrikada qaçırılan türkiyəli dənizçilərdən 3-ü İstanbula gətirilib

Afrikada qaçırılan türkiyəli dənizçilərdən 3-ü İstanbula gətirilib

Aktual

30 Yanvar 2021, 10:21

Bir müddət əvvəl Nigeriya sahillərində dəniz quldurları tərəfindən qaçırılmış türkiyəli dənizçilərdən 3 nəfəri azad edilib.

 

Modern.az-ın məlumatına görə, dənizçilər səhər saatlarında İstanbul hava limanında eniş edib. Onlar gəmiyə hücum zamanı xəsarət aldıqlarını deyib.

 

Qeyd edək ki, ötən həftə Qvineya körfəzində "Mozart" gəmisi dəniz quldurları tərəfindən qaçırılıb. 15 nəfərin olduğu gəmidə hücum zamanı azərbaycanlı dənizçi öldürülüb.

Gəmidə olan digər şəxslərin taleyi hələlik naməlumdur.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV