Modern.az

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin ərazisində ağac əkilib

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin ərazisində ağac əkilib

Aktual

30 Yanvar 2021, 16:10

Bu gün Azərbaycanın Ağdam rayonunda açılışı olan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin ərazisində ağacəkmə kampaniyası keçirilib.

 

Modern.az-ın məlumatına görə, ağacları Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Türkiyənin milli müdafiə nazirinin müavini Yunus Əmrə Qaraosmanoğlu və Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin əkiblər.

Qeyd edək ki, mərkəzin ümumi sahəsi 4 hektara yaxındır. Ərazidə 65 ədəd modul tipli xidməti və yaşayış otaqları var. Bütün otaqlar zəruri avandanlıqlarla təmin olunub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV