Modern.az

“Vaksinasiyadan sonra necə qidalanmalıyıq? – Həkim məsləhəti

“Vaksinasiyadan sonra necə qidalanmalıyıq? – Həkim məsləhəti

Aktual

30 Yanvar 2021, 16:57

Koronavirus(COVİD-19) pandemiyasına qarşı dünyanınbir çox ölkələrində vaksinasiya prosesi başlayıb.

Maraqlıdır, vaksindən sonra qidalanma ilə bağlı hansı tədbirlər görməliyik?

 

Bu barədə Modern.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla qeyd edib ki, zülalların sintezi üçün qidalara diqqət lazımdır:

“Vaksinasiyadan sonra protein tərkibli qidaların qəbul edilməsi şərtdir. Çünki antikorlar struktura görə orta səviyyəli zülallardır. Və bunların sintezi üçün amin turşuları, yəni protein tərkibli qidalar lazımdır”.

 

Həkimin sözlərinə görə, siqaret və alkoqolun qəbulu qəti qadağandır:

“Qeyd etmək lazımdır ki, siqaret və alkoqolun qəbulu qəti məqsədə uyğun deyil. Çünki alkoqol zülalların sintezini qaraciyərdə blok edir. Bu baxımdan zərəli vərdişlərdən uzaq olub, proteinli qidalar qəbul etməklə qidalanmaq lazımdır. Çox korbohidratlı qidalardan uzaq durmaq lazımdır”.

 

Fidan İlqarqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV