Modern.az

İranda 4-cü dalğa xəbərdarlığı - həyəcan təbili 

İranda 4-cü dalğa xəbərdarlığı - həyəcan təbili 

Aktual

31 Yanvar 2021, 15:30

İranın Səhiyyə naziri Səid Nemeki vətəndaşlara COVID-19 virusunun yeni dalğası ilə bağlı xəbərdarlıq edib.

 

Modern.az xəbər verir ki, bu barədə iranlı nazir Kirman şəhərində keçirilən görüşdə danışıb.

 

"COVID-19-un dördüncü dalğası bizi narahat edir. Yeni dalğada virusun təsiri və sürəti daha çox olacaq. Virusun mutasiya olunmuş versiyası dünyanın bütün ölkələrini həyacanladırır", - deyə nazir vurğulayıb.

 

S.Nemeki vəziyyətə uyğun olaraq addımlar atılacağını qeyd edib. Onun sözlərinə görə, yoluxma sürətlənərsə, məhdudiyyətlər artırıla bilər.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV